Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türk məhbus ABŞ-la Almaniyanı üz-üzə qoydu

Baxılıb: 637     Tarix: 07-02-2019 15:25   

ABŞ Almaniyanın 11 il həbsə məhkum edilmiş Adəm Yılmaz adlı şəxsi Türkiyəyə təhvil verilməsinə sərt reaksiya göstərib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.
Almaniyanın bu qərarının ABŞ-Almaniya münasibətlərində gərginliyə səbəb olduğu qeyd olunub.
Nəşr ABŞ Dövlət katibinin müavini Con Sullivanla Almaniya Xarici İşlər naziri Hayko Maasın da görüşünün əsas gündəmini məhz bu mövzunun təşkil etdiyini vurğulayıb.
“Adəm Yılmazı təyyarəyə mindirərək ədalətdən qaçıra bilməzsiniz. Almaniyanın təhlükəli bir terrorçunu iki ABŞ əsgərini öldürdüyünə görə ədalətlə üzləşməsi üçün ABŞ-a vermək əvəzinə Türkiyəyə deportasiya etməsi qərarı məyusluq doğurub”, - ABŞ-ın Ədliyyə nazirinin müşaviri Met Vayteker bildirib.
Qeyd edək ki, Adəm Yılmaz 2010-cu ildə Almaniyada ABŞ-a məxsus hədəfləri bombalamaqda ittiham olunur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}