Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ Putinin əleyhinə yaratdığı təşkilatı Qafqaza gətirdi

Baxılıb: 641     Tarix: 08-02-2019 12:10   
Tiflisdə Azad Rusiya Fondunun nümayəndəliyi açılıb.
Qanunvehedef.az xəbər verir ki, fondun yerli nümayəndəliyinə Yeqor Kuroptev rəhbərlik edəcək. Jurnalistlərə açıqlama verən Kuroptev bu fondun Gürcüstanda mövcudluğu sayəsində aktual məsələlərin müzakirə ediləcəyini deyib:
“Nə qədər çox insan bizdən Rusiya haqqında məlumat öyrənəcəksə, o qədər də yaxşı olacaq. Bu faydalıdır. Moskvanı belə təşkilatın yaradılması sevindirmir, amma hələlik narahatlıq ifadə edilmir. Mən demokratik Gürcüstanda yaşayıram və hələlik Rusiyaya geri dönməyi düşünmürəm”.
Qeyd edək ki, Azad Rusiya Fondu Vaşinqtonda rusiyalı emiqrantlar tərəfindən 2015-ci ildə yaradılıb. Fondun yaradılmasında məqsəd beynəlxalq siyasətçilər, KİV-lər və ictimai liderləri Rusiyadakı real situasiya ilə bağlı məlumatlandırmaq olub. Yeni yaradılan QHT-nin Direktorlar Şurasına ABŞ Dövlət katibinin keçmiş köməkçisi Devid Kramer, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Yan Kelli, Açıq Rusiya Hərəkatının həmsədri və Boris Nemtsov Fondunun rəhbəri kiçik Vladimir Kara Murza daxildir.шаблоны для dle 11.2