Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ-ın S-400 təhdidinin inanılmaz səbəbi

Baxılıb: 561     Tarix: 08-02-2019 14:00   
ABŞ-ın S-400 təhdidinin arxasında Türkiyənin Fəratın şərqinə təşkil edəcəyi əməliyyatın qarşısının alınması niyyəti dayanıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri türk hərbi ekspert, ehtiyatda olan general Fəxri Ərənəl deyib.
“Türkiyənin Fəratın şərqinə əməliyyat təşkil etməklə bağlı qərarlılığı, bölgəyə külli miqdarda sursat yığmağa davam etməsi ABŞ-ın əsl problemlərindən biridir. ABŞ-a gedən türk heyətin də əməliyyatla bağlı qərarlılığını gördülər. Digər əsas problem isə ABŞ-ın Venesueladakı vəziyyətinə və Maduro əleyhinə mövqeyinə Türkiyənin ilk gündən etibarən sərt şəkildə qarşı çıxmasıdır. ABŞ bunu da qəbul etmək istəmir. Buna görə də Ankarada yüksəkçinli ABŞ rəsmisi Türkiyənin Quaidonu tanıması ilə bağlı çağırış edir. Bu məqamdan sonra Türkiyənin S-400-dən imtina etməsinin böyük fəsadları ola bilər. Nəticədə Suriyada müharibə yenidən qızışar. Şərqi Aralıqdan tutmuş Qara dənizə qədər, geniş bir ərazi birbaşa təsirini görər. S-400-dən imtina etmək həm Türkiyənin, həm də Rusiyanın öz ayağına atəş açması anlamına gələ bilər. Belə bir addım atılsa, Türkiyə-Rusiya münasibətləri də geri qayıdılması mümkün olmayan bir vəziyyətə gələr”, - general bildirib.
Qeyd edək ki, ABŞ rəsmisi Ankarada verdiyi açıqlamada Türkiyənin S-400 alacağı halda “Patriot” satışı ilə bağlı müzakirənin dayandırılacağını bildirmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər