Nebenzyadan alman diplomata cavab: Berlini almışıq
Baxılıb: 443 Tarix: 13-02-2019 12:50

Qanunvehedef.az xəbər verir ki, BMT TŞ-da əvvəlcə Ukrayna ilə bağlı çıxış edən Hoysqen Moskvanı işğalçılıq siyasətində, Minsk və Donetski işğalda ittiham edib.
Bundan sonra çıxışına başlayan Vasili Nebenzya alman diplomata müraciət edib:
“Mənim dostum Kristof Rusiyanın 2015-ci ildə “Minski aldı”ğını deyir. Mən xatırladığım qədərilə Rusiya Berlini alıb, bu, əvvəl olub. Buna qədər isə Minski azad etmişdi”.
BMT TŞ-nın müzakirə mövzusu ilə bağlı danışan Rusiya nümayəndəsi 2015-ci ildə Minskdə olmadıqlarını qeyd edib:
“Biz 2015-ci ildə Minskdə olmamışıq və heç niyyətimiz də olmayıb. Çünki orada bizim dostlarımız, qardaşlarımız və müttəfiqlərimiz yaşayır. Bizim ümumiyyətlə nəyisə “almaq” və ya harasa soxulmaq fikrimiz yoxdur. Müdaxilə sizin metodunuzdur. Biz bunu hazırda bir Latın Amerikası ölkəsinin nümunəsində görürük”.
Ən çox oxunanlar
Son xəbərlər