Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiya bu halda nüvə silahından istifadə edəcək - Sivkov

Baxılıb: 365     Tarix: 20-02-2019 10:30   
Rusiya Hərbi Hava Qüvvələrinin hərbi texnikası təchizatı və sayına görə NATO qüvvələrinə yalnız üçüncü ölkə ərazisindəki lokal konflikt şəraitində uğurlu müqavimət göstərmək iqtidarındadır.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkovun “Hərbi Sənaye Kuryeri” jurnalında dərc olan məqaləsində yer alıb.
“Lokal müharibə şəraitində NATO 2500 təyyarəyə, 1500 vertolyota və 600 pilotsuz uçan aparata qədər qüvvələr qruplaşması yarada bilər. Alyans həmçinin bu konfliktdə 2000 qanadlı raket tətbiq etmək iqtidarındadır. Belə qüvvələr 2-3 həftədən 2 aya qədər hava kampaniyası, eləcə də genişmiqyaslı hava hücum əməliyyatı həyata keçirmək gücünə sahibdir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda yüngül qırıcılar, uzaq məsafəli təyyarələr və kəşfiyyat aviasiyası, nəqliyyat vertolyotları baxımından çətinlik çəkir. O, qlobal müharibə yaşanacağı halda Rusiyanın NATO-ya alyansın çoxsaylı təyyarələri, vertolyotları ucbatından uzun müddət müqavimət göstərə bilməyəcəyini deyib. Sivkov belə olan halda Rusiyanın yardımına böyük nüvə silahı arsenalının gələcəyini söyləyib.
Hərbi ekspert ordunun dağılması, suverenliyin itirilməsi və ərazi bütövlüyünün pozulması təhdidi yaranacağı halda Rusiyanın nüvə silahından istifadə edəcəyini deyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar