Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Putin Donbasdakı generalını Qafqaza cavabdeh etdi

Baxılıb: 426     Tarix: 20-02-2019 12:10   
Rusiya Prezidenti Vladimir Putin general-leytenant Sergey Kuzovlevi Cənub Hərbi Dairəsinə Qərargah rəisi təyin edib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafev yayıb.
O, Cənub Hərbi Dairəsindəki 58-ci ümumqoşun ordusuna general-mayor Sergey Rıjkovun rəhbər təyin ediləcəyini də bildirib.
Qeyd edək ki, Kuzovlev 2016-cı ildən Cənub Hərbi Dairəsində çalışır. O, bundan öncə Ukraynadakı Donbas savaşında iştirak edib. Belə ki, Ukrayna kəşfiyyatının məlumatına görə, o, Cənub Hərbi Dairəsinə gətirilənə qədər qondarma Donetsk respublikasındakı 1-ci ordu korpusuna rəhbərlik edib.
58-ci ümumqoşun ordusunun mərkəzi qərargahı Şimali Osetiyada yerləşir. Məhz bu ordu Gürcüstan-Rusiya müharibəsinin əsas iştirakçısı olub.шаблоны для dle 11.2