Maduronun tərəfdarları humanitar yardıma od vurdu - ABŞ ultimatum verdi
Baxılıb: 453 Tarix: 24-02-2019 13:48


Bu qarşıdurmadan sonra Xuan Quaydo beynəlxalq ictimaiyyəti Venesueladakı böhranı aradan qaldırmaq üçün “bütün mümkün vasitələrdən istifadə etməyə” çağırıb.
ABŞ dövlət katibi Mayk Pompeo isə Nikolas Maduroya qarşı sərt bəyanatla çıxış edib, onun tərəfdarlarını “başkəsənlər” adlandırıb və dinc əhaliyə divan tutmaqda günahlandırıb.

Pompeo Maduro rejiminin cinayətkar fəaliyyəti nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib: “Biz onların ədalətin bərpa edilməsinə dair tələblərinə qoşuluruq”.

“Xuan Quaydonun insanlara kömək çatdırııması üçün səylər göstərdiyi bir vaxtda Maduro günahsız insanlara hücum etmək üçün silahlı bandaları göndərir”-Dövlət Departamentinin rəhbəri bildirib.
ABŞ-dan daha bir bəyanatla prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton çıxış edib. Bolton bildirib ki, Venesuela ordusu humanitar yardımı ölkəyə buraxmasa ABŞ Maduro rejiminə qarşı daha sərt sanksiyalar tətbiq edəcək. Və rejimin təcrid olunmasını daha da gücləndirəcək.
Gözlənilir ki, Venesuelaya qarşı yeni sanksiyalar yaxın günlərdə elan ediləcək. Bu arada Venesuela ordusunun onlarla hərbçisinin Kolumbiyaya qaçdığı açıqlanıb. Kolumbiya tərəfi bildirib ki, hərbçilər iki ölkə sərhədindəki Simon Bolivar körpüsündən keçməklə ölkə ərazisinə daxil olublar və siyasi sığınacaq istəyiblər.
Ən çox oxunanlar
Son xəbərlər