Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ və Rusiya raketlərini Avropaya yığır

Baxılıb: 594     Tarix: 25-02-2019 15:19   

ABŞ Avropada çətin ki, nüvə başlıqları yerləşdirsin, ancaq burada qanadlı raketlər yerləşdirilə bilər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Penn Bayden Diplomatiya və Qlobal Əməkdaşlıq Mərkəzinin baş direktoru Brayan Makkeon deyib.
“Birləşmiş Ştatların nüvə variantına köklənəcəyinə şübhə edirəm. ABŞ-ın yerüstü qanadlı raketləri nəzərdə tutmayan digər variantları da var. Lakin Vaşinqton əks-tədbirlər kimi bu seçimdən istifadə edə bilər. Bununla ABŞ Rusiyanı məntiqli davranmağa və müqaviləni xilas etməyə əmin edə bilər”, - Makkeon bildirib.
Ekspertin sözlərinə görə, müqavilənin pozulması Rusiyaya Qərbi Avropa və buradakı ABŞ qüvvələrinə təhlükə yarada biləcək 9M729 raketlərini yerləşdirməyə imkan verəcək.
“Ümumiyyətlə, hadisələrin bu cür inkişafı Avropada təhlükəsizliyə töhfə verməyəcək. ABŞ-ın buna cavabı isə Pentaqonun anons etdiyi dəniz raketləri ola bilər”, - ekspert vurğulayıb.



{sape_links}{sape_article}