Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Bakı Bus” sərnişinləri yollarda qoydu

Baxılıb: 669     Tarix: 26-02-2019 15:00   
2 saylı “Bakı Bus” avtobusu bu gün səhər saatlarından başlayaraq, yolların bağlı olması səbəbindən sərnişinlərə heç bir məlumat vermədən hərəkət sxemini dəyişib. Bu da sərnişinlərin yollarda qalmasına səbəb olub.
Qanunvehedef.az xəbər verir ki, sözügedən marşrut xətti üzrə avtobuslar Mərkəzi Bankın yanından Rəşid Behbudov, oradan da “Nərimanov” metro stansiyası istiqamətində hərəkət edib. Halbuki sözügedən avtobusun hərəkət sxeminə bu yollar daxil deyil.
Hərəkət sxemini dəyişən avtobus sürücüsü bununla bağlı sərnişinlərə heç bir məlumat vermədiyi üçün problem yaranıb. Sərnişinlər həm getdikləri ünvana çata bilməyib, həm də ödəniş ediblər.
Sərnişinlər sürücüyə bu barədə məlumat verməyinin vacibliyini bildiriblər. Sürücünün laqeydliyi və etinasızlığı isə narazılıq yaradıb.
Mövzu ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, marşrut xətlərinin sxemində dəyişikliyə səbəb bu gün Xocalı faciəsi ilə əlaqədar keçirilən anım yürüşüdür:
“Anım tədbiri ilə əlaqədar müəyyən küçələrdə hərəkətə məhdudiyyətlər tətbiq edilib. Bu səbəbdən dünən elan edilib ki, avtobusların xəttində dəyişiklik olacaq. Sürücünün sərnişinlərlə o tərzdə cavab verməsi qəbuledilməzdir. Bununla bağlı tədbir görüləcək”.шаблоны для dle 11.2