Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türk deputatdan Xocalı mesajı: Əlimizdən gələni edəcəyik

Baxılıb: 1 043     Tarix: 26-02-2019 16:10   
Bütün dünyanın gözü qarşısında bir soyqırım gerçəkləşdirildi. Bu soyqırımda 613 bacı-qardaşımız şəhid edildi. 27 il əvvəl baş vermiş bu hadisə mədəniyyətin beşiyi dedikləri Avropada baş versəydi, bütün dünya ayağa qalxardı.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri AKP-nin Ordu millət vəkili Mətin Gündoğdu deyib.
“Lakin nə yazıq ki, bu soyqırım rusların dəstəyilə ermənilər tərəfindən törədiləndə dünya buna səssiz qaldı. Görmədi, eşitmədi. Müsəlman-türk coğrafiyasında törədilən cinayətlərə Avropa heç vaxt səs vermədi. Ermənilərə soyqırım edilmədiyini bilə-bilə iddia qaldırdılar. Özləri isə dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımını görməzdən gəldilər. Görmək istəmirlər. Bu qətliamın dünyaya çatdırılması üçün əlimizdən gələni edəcəyik”, - millət vəkili bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar