Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyə donanması 3 dənizdə təlimlərə başladı

Baxılıb: 715     Tarix: 27-02-2019 11:17   
Türkiyə Respublikasında tarixinin ən böyük təlimləri sayılan “Mavi Vətən 2019” təlimləri start götürüb.
Qanunvehedef.az xəbər verir ki, Türkiyəni əhatə edən 3 dənizdə keçirilən təlimlərə ümumilikdə 103 gəmi cəlb olunub.
Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının Dəniz Əməliyyatları rəisi admiral Yankı Bağcıoğlu təlimlərin məqsədinin qüvvələrin hazırlıq səviyyəsini artırmaq olduğunu bildirib.
Təlimlərə 13 freqat, 9 korvet, 16 hücum gəmisi, 7 sualtı qayıq, 7 mina gəmisi, 17 köməkçi sinif gəmi, 14 patrul gəmisi, 22 desant gəmisi, 1 təlim gəmisi cəlb olunub. Bununla yanaşı dəniz patrul təyyarələri, dəniz helikopterləri, dronlar, SAT, SAS komandosları, amfibiya dəniz piyadası taborları da “Mavi Vətən 2019”təlimlərində iştirak edəcək.



{sape_links}{sape_article}