Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Quaidonu lağa qoydu, özünü prezident elan etdi

Baxılıb: 681     Tarix: 27-02-2019 14:10   
Kolumbiyada Venesuelaya dəstək xarakterli aksiyalar keçirilib.
Qanunvehedef.az xəbər verir ki, aksiyalar zamanı kolumbiyalı Alexandro Munoz adlı şəxsin özünəməxsus çıxışı diqqət çəkib.
Munoz Venesuela parlamentinin spikeri Xuan Quaidonu lağa qoyaraq, özünü Kolumbiyanın prezidenti elan edib. Özünü prezident elan edən Munoz daha sonra polis və aksiyaçılarla əl sıxışıb, əmrlər verməyə başlayıb. İlk əmrinin “sülh” olduğunu açıqlayan aksiyaçı müharibə istəmədiklərini qeyd edib.
Quaidonun orduya etdiyi çevriliş çağırışını təqlid edən Munoz Kolumbiya ordusundan ona tabe olunmasını istəyib, tabe olanlar üçün əfv qərarı verəcəyini deyib.
Alexandro Munoz eyni zamanda ABŞ-ın Venesuelaya göndərdiyi “humanitar yardım”lara da yumorla münasibət bildirib.
“ABŞ-a narkotik maddə göndərəcəm. Xatırladım ki, bu ölkə narkotik istehlakında birinci sıradadır”, - Munoz qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar