Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İvanişvili ABŞ və Rusiyaya vəd verdi – Kreml qıcıqlandı

Baxılıb: 641     Tarix: 01-03-2019 11:30   
Bidzina İvanişvilinin Rusiya və Amerika ilə eyni anda əməkdaşlıq oyunu alınmayacaq.
Qanunvehedef.az xəbər verir ki, bu iddia ilə gürcü politoloq Nodar Xarşiladze çıxış edib.
“Əgər əvvəllər kiminsə ölkəni Bidzinanın idarə etdiyinə və hökumətin yalnız onun arzularının icraçısı olduğuna şübhəsi var idisə, indi bu tezis tam aydındır. Məsələ niyə Zurab Abaşidzenin Qriqori Karasinlə görüşdən öncə İvanişvili ilə görüşməyə cəhd etməsidir. Məncə, İvanişvili Gürcüstan adından iki ziddiyətli vəd verib. Bunlardan biri Boltonun səfəri zamanı amerikalılara İran məsələsində dəstək verəcəyi ilə bağlıdır. İkinci məsələ odur ki, o, Rusiyaya amerikalıların regionda güclənməsinə imkan verməyəcəyini və İran məsələsində bitərəf mövqe tutacağını söyləyib. İndi İvanişvilinin seçim zamanı çatıb. Bidzinanın oyunu artıq alınmayacaq. Ruslar artıq çox qıcıqlanıblar”, – deyə o bildirib.
Qeyd edək ki, Praqaya Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə görüşə getməzdən öncə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze gözlənilmədən Bidzina İvanişvili ilə görüşüb. Praqadakı görüşdən sonra Karasin “Kommersant” qəzetinə açıqlama verərək, Abaşidzenin İvanişvilinin diliylə danışdığını bildirib. O, həmçinin Gürcüstanın NATO-ya inteqrasiyadan imtina etməli olduğunu tələb edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar