Prezident yarışının favoritinə cinayət işi açıldı – Poroşenko qorxmağa başlayıb
Baxılıb: 542 Tarix: 08-03-2019 15:31
Ukraynada martın 31-də keçiriləcək prezident seçkisi öncəsi daxili siyasi gərginlik günbəgün artır. Bununla paralel olaraq, hazırkı prezident Pyotr Poroşenkonun reytinqlərdə birinci yerdə gedən şoumen Vladimir Zelenskidən geri qaldığını göstərən faiz nisbəti də çoxalır.
Son rəy sorğuları göstərir ki, hazırda seçicilərin təxminən 25 faizi V.Zelenskiyə, 16-17 faiziisə Yuliya Timoşenko və Pyotr Poroşenkoya səs verməyi planlaşdırırlar. Və görünür bu faiz nisbəti hazırkı hakimiyyəti ciddi narahat edir.
Qanunvehedef.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, yarışın lideri olan V.Zelenski ona qarşı cinayət işi açıldığını bəyan edib. Namizəd bildirib ki, hakimiyyət onu guya “çirkli pulların yuyulmasında” ittiham edir. Söhbət Zelenskinin rəhbərlik etdiyi “Kvartal-95” studiyasının fəaliyyətindən gedir. Şoumen deyib ki, ona qarşı saxta əsaslarla ittiham irəli sürülüb və cinayət işi açılıb.
Ancaq məsələ bununla da bitməyib. Aktyor deyib ki, ona qarşı ikinci cinayət işinin açılacağı da gözlənilir. Özü də bu iş guya 17 il bundan qabaq baş vermiş hansısa yol qəzası ilə əlaqədardır. Guya həmin vaxt şoumen öz avtomobililə piyadanı vurub.
Özünə qarşı basqıların artdığını deyən Zelenski hətta işğalda olan ərazilərdə onun seçki plakatlarının yayılmasının planlaşdırıldığını deyib. Dediyinə görə, hakimiyyət bu vasitələrlə onu gözdən salmağa çalışsa da, heç nəyə nail ola bilmir: “Mənə, ailəmə və uşaqlarıma təhlükə yaranıb. Bu işə milyonlarla dollarlar xərclənir, ancaq bir şey alınmır. Çünki bu hakimiyyətin əl atdığı heç nə indiyə qədər işləməyib”.
Ofisinin dinləndiyini də deyən Zelenski bütün bu maneələrə rəğmən yolundan dönmək fikrində deyil. Və böyük ehtimalla bu basqılar onun reytinqini, deməli həm də qələbə şansını biraz da artırmış olacaq.

Ən çox oxunanlar
Son xəbərlər