Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ABŞ və Avropa Birliyi Balkanlarda Rusiyaya qarşı birgə hərəkət etmək qərarını verib

Baxılıb: 580     Tarix: 10-03-2019 11:45   
Birləşmiş Ştatlar və Avropa Birliyi ölkələri Qərbi Balkanda Rusiyanın müdaxiləsinə yol verməməkdən ötrü güclərini birləşdirəcəklər.Bu barədə “Bloomberg” agentliyi Dövlət Departamentinin nümayəndəsi Metyu Palmerə istinadən məlumat verib.
Palmer ABŞ və onun tərəfdaşlarının Balkanlarda sadəcə “qayda-qanunu” olmasını istədiklərini bildirib.
“Moskva hesab edir ki, Balkan ölkələrinin xaos, etimadsızlıq və çaxnaşmalardan əzab çəkməsi onun onun bölgədəki maraqlarına cavab verir”,-deyə ABŞ rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Rusiya bütün gücü ilə Yunanıstan və Şimali Makedoniya arasındakı raızlaşmaların yerinə yetirilməsinə mane olmağa, habelə Bosniya serblərininin separat hərəkatını qızışdırmağa çalışır.
Bundan daha öncə Qərb mediası ABŞ-ın “Rusiyanın bölgələrdəki nüfuzu ilə mübarizə məqsədilə bir neçə xarici mərkəz şəbəkəsi açacağını xəbər edib.
Bu plana görə Birləşmiş Ştatlar bəzi ölkələrdə Milli rəqəmsal araşdırma mərkəzlərini təsis edəcək. Layihədə “Facebook”, “Twitter” və “Google”, habelə yerli QHT-lər və media cəlb ediləcək.
İlk üç pilot layihənin Gürcüstan, Baltikyanı və Balkan ölkələrində açılması gözlənilir.шаблоны для dle 11.2