Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Daha 5 ölkə “Boinq”dən imtina etdi

Baxılıb: 477     Tarix: 14-03-2019 11:25   

Efiopiyada baş vermiş dəhşətli qəzadan sonra “Boinq 737 MAKS” təyyarələrindən imtina dalğasına daha 5 ölkə qoşulub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Meksika, Panama, Kosta-Rika, Braziliya və Kolumbiyanın aviasiya idarələri müvafiq qərar qəbul edib.
Ölkələrdən 4-ü ikinci bir qərara qədər həm daxili, həm də beynəlxalq uçuşlarda “Boinq 737 MAKS 8” və “Boinq 737 MAKS 9” təyyarələrindən imtina ediblər. Kolumbiya isə hava sahəsini bu təyyarələr üçün bağlayıb.
Xatırladaq ki, martın 10-da Efiopiyada baş verən qəzada 157 nəfər həlak olub. İlk olaraq Efiopiyanın “Boinq 737 MAKS 8” təyyarələrinin uçuşlarına qəza ilə bağlı araşdırmanın nəticəsi elan olunana qədər qadağa qoymasından sonra artıq 50-yə yaxın ölkə bu addıma qoşulub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar