Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Paşinyan prezidentə “Çinar”da “erməni yeməklərini” tanıtdı

Baxılıb: 487     Tarix: 14-03-2019 13:46   

Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstan Prezidenti Salome Zurabişvilinin şərəfinə dünən İrəvanda ziyafət verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, ziyafətdə 21 nəfər iştirak edib. Agentlik baş nazirin Zurabişvilinin şərəfinə təşkil etdirdiyi ziyafətdə guya onu erməni yeməkləriylə tanış etdiyini bildirib.
Məsələ odur ki, Paşinyan İrəvanda Zurabişvilini “Çinar” restoranına dəvət edib. Üstəlik, bu restoranda Zurabişvili üçün açılan masada imambayıldı, humus, pendirlərdən assorti, yarpaq, kələm və pomidor dolması, sobada bişmiş dana əti yer alıb. Agentliyin açıqlamasına görə, Zurabişvili üçün hazırlatdırılan yeməklər arasında yarpaq dolması prezidentin daha çox xoşuna gəlib.
Siyahıda yer alan imambayıldı türk mətbəxinin məhsulu kimi tanınır, amma Ermənistanda da bu yeməkdən istifadə edilir. Humusa gəlincə isə bu, daha çox yəhudi və ərəb mətbəxinə aiddir.
Dolma haqda isə geniş danışmağa ehtiyac yoxdur. Ermənilər 100 ildir torpağımız kimi, dolmamızı da yemək və mənimsəməklə məşğuldur.шаблоны для dle 11.2