Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiyada 19 terror aktının qarşısı alınıb

Baxılıb: 607     Tarix: 25-03-2019 11:36   
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, 2018-ci il ərzində ölkənin xüsusi xidmət orqanları tərəfindən federasiya ərazisində 19 terror aktının qarşısını almaq mümkün olub. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, “telefon terrorçuluğu”nun ciddi təhlükə yaratdığını deyib.
Katibin sözlərinə görə, ilin əvvəlindən yalandan mina qoyulması barədə 2 mindən çox məlumat daxil olub, zənglərin əksəriyyəti ölkə xaricindən gəlib.
Patruşev həmçinin Rusiya üçün təhlükələr arasında Qərbin fəzadan sülh şəraitində istifadə etməyə dair razılaşmaları pozmasını və ABŞ RƏM sistemlərini genişləndirməsini qeyd edib.



{sape_links}{sape_article}