Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Çində ataları müxtəlif olan əkiz dünyaya gəldi

Baxılıb: 512     Tarix: 27-03-2019 12:01   
Çinin Fuçzyan əyalətində yaşayan qadın fərqli atalardan əkiz oğlan dünyaya gətirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri yazıb.
Məlumata görə, uşaqların polis bölməsində qeydiyyata alınması zamanı DNT analizi keçirilib. Analiz zamanı qadının həyat yoldaşının əkizlərdən yalnız birinin atası olduğu ortaya çıxıb. Qadının həyat yoldaşı da uşaqlardan birinin ona heç bir bənzərliyi olmadığını müşahidə edib, DNT analizi isə onun şübhələrini təsdiqləyib.
Qadın əvvəlcə kişinin ittihamlarını təkzib etsə də, sonradan ərinə xəyanət etdiyini etiraf edib.
Qeyd edək ki, qadının müxtəlif kişilərdən əkiz uşaq dünyaya gətirməsi tibb aləmində nadir fenomen sayılır və “heteropaternal superfekundasiya” adlanır.



{sape_links}{sape_article}