Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ukrayna yeni xüsusi silah hazırladı

Baxılıb: 480     Tarix: 29-03-2019 11:00   
Ukraynanın “Ukroboronprom” dövlət şirkətinin tərkibinə daxil olan “Spetstexnoeksport” dövlət müəssisəsi yeni elektromaqnit silah hazırlayıb.
Qanunvehedef.az xəbər verir ki, yeni silah müxtəlif tipli hərbi radioelektron vasitələri, o cümlədən enerji təminatı və məlumat ötürülməsi sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Bu silahın elektromaqnit şüalanmanın enerjisindən istifadə etdiyi üçün insanlara heç bir ölümcül təsirinin olmadığı vurğulanıb.
Yeni silahın raket daşıyıcıları ilə bərabər, təyyarələr və pilotsuz uçan aparatlarda da quraşdırılma imkanının olduğu qeyd edilib.
Müəssisə bu texnikanı xarici investisiya hesabına yaratdığını bildirib. Ukrayna şirkətinin layihəsinə yatırımı Hindistanın müdafiə şirkətlərindən birinin etdiyi vurğulanıb. Artıq hazırlanan silahın ilk partiyası bu ilin fevralında Hindistana tədarük edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}