Ukrayna prezidenti Pyotr Poroşenko səsvermə hüququndan istifadə edib
Baxılıb: 604 Tarix: 31-03-2019 17:21
Ukrayna prezidenti Pyotr Poroşenko səsvermə hüququndan istifadə edib.”Report”-un Ukrayna mətbuatına istinadən xəbərinə görə, Kiyevdəki Zabitlər evində səs verən P. Poroşenko prosesdən sonra jurnalistlərə açıqlama verib:“Mən öz ailə üzvlərim və bir çox ukraynalı kimi ölkəmiz naminə səs verdim. Bu, Ukraynanın Avropa xalqları ailəsinə inteqrasiyası NATO-ya üzvlük və önəmli islahatlar yolunda son dərəcə vacib addımdır” – prezident P. Poroşenko belə deyib.
Onun sözlərinə görə, seçkilər yaxşı təşkil olunub və xalqın öz iradəsini ifadə etməsinə heç bir əngəl yoxdur.
Ən çox oxunanlar
Son xəbərlər





















