Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qonşumuzda polislər qovuldu, DİN rəhbəri istefa verdi

Baxılıb: 513     Tarix: 01-04-2019 14:17   
İnquşetiyanın Daxili İşlər naziri Dmitri Kava istefaya gedib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb. Nazir səlahiyyətlərinin icrası onun müavini Yuri Muravyevə tapşırılıb.
Məlumata görə, Kavanın istefasına səbəb polisin Maqasda təşkil edilən etirazlara yetərli qədər sərt reaksiya göstərməməsi olub.
Qeyd edək ki, martın 26-da Maqasda İnquşetiya və Çeçenistan arasında imzalanan ərazi mübadiləsi müqaviləsinin ləğv edilməsini tələb edən etiraz aksiyası baş tutub. Etirazlarda Rusiya Milli Qvardiyası ilə etirazçılar arasında toqquşma yaşanıb. Toqquşma zamanı qvardiyanın tağımlarından biri əhalinin müdafiəsinə qalxıb. Bundan iki gün sonra isə onlarla polis vəzifəsindən qovulub.
  





Ən çox oxunanlar
{sape_links}{sape_article}