Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Seçicilər iqtidara mesaj verdi, qazanan MHP oldu – Səlvi

Baxılıb: 481     Tarix: 01-04-2019 14:30   

Seçicilər tərəqqini qorudu, ancaq iqtidara da xəbərdarlıq etdi. Su səhəngini qırmadan istədiyi mesajı vermiş oldu.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Hürriyyət” yazarı Əbdülqədir Səlvi Türkiyədə baş tutan 31 mart bələdiyyə seçkiləri barədə şərhində qeyd edib.
“Seçkilərdə böyük sürpriz Ankarada yaşandı. İstanbul nəfəs-nəfəsə təqib edilən bir yarışa səhnə oldu. İqtidar AKP-nin, müxalifət isə CHP-nin ətrafında toplandı. Amma bu arada ittifaqdan ən qazanclı çıxan partiya MHP oldu. Həm bələdiyyə sədrliyi sayını 2 dəfə artırdı, həm də AKP-nin siyasət dilinə rəngini verdi”, - Səlvi bildirib.
“Hürriyət” yazarı seçkilərdə CHP sədri Kamal Kılıçdaroğlunun düzgün seçimlər etdiyini söyləyib:
“CHP sədri Kamal Kılıçdaroğlu bu seçkilərdə bəzən partiyasını da qarşısına alaraq mühafizəkarlardan səs toplaya bilən, inanclara hörməti olan, xalqa xitab edən namizədlər çıxardı. Seçki nəticələri Kılıçdaroğlunun bu seçiminin doğru olduğunu ortaya qoydu”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}