Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Polşadan Bakını da əhatə edən mühüm təklif

Baxılıb: 618     Tarix: 02-04-2019 14:15   
Polşa Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının statusunu qaldırmağı təklif edib.
Qanunvehedef.az xəbər verir ki, bu təkliflə Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç çıxış edib. Onun təklifinə əsasən, Şərq Tərəfdaşlığı çərçivəsində katiblik funksiyası yaradılmalı və bununla Şərq Tərəfdaşlığının fərqli üzvləri AB ilə əməkdaşlıq etməlidirlər:
“Biz İsveçlə birgə təşəbbüs göstərdiyimiz Şərq Tərəfdaşlığının 10-cu ildönümündən istifadə edərək, Avropanın tərkib hissəsi olan altı ölkə ilə bağlı AB-də onlar barəsində maarifləndirməni artırmaq istəyirik. Biz Şərq Tərəfdaşlığının katibliyinin, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində AB-nin gözlədiyi reformların reallaşdırılması ilə bağlı inkişafı izləməyə yardım etmək üçün göstərici sisteminin yaradılmasını təklif edirik”.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı 2009-cu ildə yaradılıb. Buraya Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna üzvdür.



Ən çox oxunanlar
{sape_links}{sape_article}