Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

CHP-nin seçki oyununun üstü açıldı - Sensasiya

Baxılıb: 398     Tarix: 04-04-2019 16:54   
  
AKP-çi vəkil Əhməd Aydın sensasion bəyanatla çıxış edib.
Qanunvehedef.az xəbər verir ki, vəkil CHP-nin İstanbulun Böyükçəkməcə bölgəsində “22 min xəyali seçici” oyununu ortaya çıxardığını bəyan edib.
Yanvar ayında Türkiyə mətbuatının hallandırdığı Böyükçəkməcənin seçici siyahılarındakı saxtakarlıq iddiaları yenidən gündəmə gəlib. Seçki öncəsi hüquqi müraciətlərin edilməsi və saxtakarlıq iddiaları haqqında bir qərar qəbul edilmədən seçkiyə gedilməsi, “xəyali seçici” sayının namizədlər arasındakı səs fərqini aradan qaldıracaq həddə olması İstanbuldakı seçkilərin nəticələrinin ləğv edilməsinə və iyun ayında təkrar seçki keçirilməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı danışan AKP-çi vəkil Əhməd Aydın Tvitter hesabında yazıb:
“CHP qələbə sənədini almaq üçün çox tələsir. Böyükçəkməcə ilçəsində seçki siyahılarında edilən və məhkəmə mövzusu olan saxtakarlıqlar seçkilərin ləğvinə səbəb olacaq səviyyədədir. Bu barədə ilçə seçki qurumuna edilmiş seçkilərin ləğvi müraciəti gözlənməlidir”.шаблоны для dle 11.2