Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

AKP 12.3 min səsi geri qaytardı – Yıldırımdan açıqlama

Baxılıb: 461     Tarix: 05-04-2019 16:00   

Hazırda gözləməkdən başqa edə biləcəyimiz heç nə yoxdur. Ali Seçki Qurumu bütün prosesi idarə edib, daha sonra yekun qərarını açıqlayacaq.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Cümhur İttifaqının İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım deyib.
“Müxtəlif ilçələrdə səslərin sayılması davam etdiyi üçün nəticələr mütəmadi dəyişir. Ancaq müəyyən həcmdə aradakı fərqin azaldığını müşahidə edirik. Detallı fəaliyyəti ilçələrdəki seçki qurumlarının təşkil etdiyi heyətlər icra edir. Bu detalları mənim çatdırmağım doğru olmaz. Söyləyəcəyim tək bir şey var. Qanunlara uyğun şəkildə işlər aparılır. ASQ səslərin yenidən sayılması ilə ortaya çıxan rəqəmləri işləyir. Hazırda proses başa çatmadan bir söz deməyim düzgün olmaz. Çünki bu işin sahibi ASQ-dir”, - Yıldırım bildirib.
AKP-nin İstanbul mahal başqanı Bayram Şənocaq isə indiyə qədər AKP namizədinin topladığı səslərin 12.300 artdığını bildirib və hazırda prosesin davam etdiyini deyib.
Qeyd edək ki, CHP-çi Ə.İmamoğlu ilə AKP-çi B.Yıldırımın hazırkı durumda səs fərqləri müqayisəli təqdim edilməyib.шаблоны для dle 11.2