Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İnternet sürətini artırmağın – 8 üsulu

Baxılıb: 501     Tarix: 08-04-2019 11:26   
Britaniyanın “Virgin Media” şirkətinin ekspertləri simsiz internetin sürətini artırmağın 8 üsulunu açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb.
İstifadəçilər ilk növbədə öz internet-brauzerlərinin keşini təmizləməlidir. Belə ki, bu, brauzerin sürətini yüksəldə bilər. Bundan əlavə, brauzerin versiyasına da diqqət yetirmək lazımdır, mümkün olduğu halda onu yeniləmək gərəkdir.
Ekspertlərin fikrincə, internetin sürətinə həmçinin antivirus proqram təminatı da təsir göstərir. Bu halda yalnız keyfiyyətli proqram təminatı seçmək lazımdır.Daha bir üsul fon proqramlarının bağlanmasıdır. Belə ki, bu tip proqramların işi internetin sürətinə mənfi təsir göstərir.
Vay-Fay routerinin harada yerləşməsinə diqqət yetirilməlidir. Qoşulmanın sürətini artırmaq üçün routeri mümkün qədər yüksəkdə yerləşdirməyi yoxlamaq və ya daha yaxşı çalışdığı yerlərə qoymaq lazımdır. Routeri pəncərə kənarında yerləşdirmək məqsədəuyğun sayılmır, belə ki, bu zaman məkanın daxilində siqnalın gücü zəifləyəcək.
Ev şəbəkəsinə şifrə qoyulması yaddan çıxarılmamalıdır. Əks halda digər istifadəçilər maneəsiz şəkildə qoşula və internetin sürətini aşağı sala bilərlər.
Evlərdə siqnalın qalın divarlar və müxtəlif izolyasiya vasitələri tərəfindən bloklandığı “qara nöqtə”lərin sayını nəzərə almaq da gərəklidir. Bu ərazilərdə yönləndiricini yerləşdirməkdən qaçmaq lazımdır.шаблоны для dle 11.2