Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Poroşenkodan Zelenskinin çağırışına cavab olaraq ŞOK ADDIM: Narkotik vasitə və...

Baxılıb: 1 068     Tarix: 09-04-2019 10:46   
Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko spirtli içki və narkotik vasitədən asılılılıqla bağlı tibbi yoxlanışdan keçib.
Prezident seçkilərin birinci mərhələsində açıq fərqlə üstünlük qazanan rəqibi Vladimir Zelenskinin çağırışına cavab olaraq bu addımı atıb.
Belə ki, Zelenski çıxışlarının birində "Ukraynaya spirtli içki və narkotik vasitə asılılığı olan bir prezident lazım deyil. Səni analiz verməyə dəvət edirəm" sözlərini işlətmişdi. Poroşenko da rəqibinin bu çağırışına cavab olaraq həmin analizdən keçməyi qərar alıb.
Prezidenti analizdən keçirən doktor Vladimir Yariy verdiyi açıqlamada "qan, sidik və saç tükündən götürülən nümunələrdə spirtli içki və ya narkotik maddə ilə bağlı hər hansı asılılıq təsbit etmədik" sözlərini deyib.
Bundan öncə Vladimir Zelenski də mətbuata verdiyi tibbi sənədlərlə hər hansı asılılığının olmadığını açıqlamışdı.
Qeyd edək ki, Ukrayna prezident seçkilərinin birinci turunda heç bir namizəd 50%-i keçə bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək.шаблоны для dle 11.2