Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Makron PKK nümayəndələri ilə görüşdü – Fransadan növbəti xain addım

Baxılıb: 579     Tarix: 20-04-2019 13:33   
Fransa prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında PKK-nın Suriya qolu PYD/YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri adlandırılan təşkilatının üzvləri ilə görüşüb. Virtualaz.org bildirir ki, görüşdə Suriyanın şimal-şərqi ilə bağlı məsələlər də gündəmə gəlib. Makron Suriyada mülki şəxslərə maliyyə yardımı veriləcəyi bildirilib.
Fransa prezidentinin bu addımı rəsmi Ankaranın qəzəbinə səbəb olub.
Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bununla əlaqədar bəyanat verib. O, terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüsü çox yanlış addım adlandırıb və Türkiyənin öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcəyini söyləyib: “Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü hədəf alan bütün fəaliyyətlərə qarşı zəruri olan addımları atmaqdan çəkinməyəcəyik”.шаблоны для dle 11.2