Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yanukoviç ümidləndi: Zelenskiyə nələr yazdı?

Baxılıb: 609     Tarix: 22-04-2019 12:35   

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç seçkilərdə qələbə qazanması münasibətilə Vladimir Zelenskini təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, eks-prezidentin təbrik mətnini mətbuat katibi Yuri Kirasir yayımlayıb.
“Hörmətli Vladimir Aleksandroviç! Mən sizi Ukrayna prezidenti seçilməniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Tarixin ölkəmiz üçün çətin məqamında ukraynalılar bu vəzifəni sizə etibar etdilər”, - Yanukoviç bildirib.
Yanukoviç Donbasdakı müharibəni xatırladaraq, bütün günahın hazırkı Prezident Pyotr Poroşenkoda olduğunu vurğulayıb:
“Seçicilər artıq səsvermə ilə ona birmənalı hökm verdilər. Tarix isə yəqin özünün daha ağır hökmünü verəcək”.
Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası səslərin 90.25 faizinin sayıldığını açıqlayıb.
Hazırkı nəticələrə əsasən Vladimir Zelenski 73.18 faiz, Pyotr Poroşenko isə 24.49 faiz səs toplayıb.
Buna qədər heç bir namizədin vətəndaşlar tərəfindən seçkilərdə bu cür dəstək almadığı bildirilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}