Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

4,5 minlik ordu Türkiyədən əmr gözləyir – Hazırlıq bitdi

Baxılıb: 816     Tarix: 25-04-2019 12:34   

ASO-nun xüsusi təyinatlı qüvvələrinin – Həmzə briqadasının komandiri Seyfəddin Polad Menbiç əməliyyatına hazırlıq barədə danışıb.
Qanunvehedef.az xəbər verir ki, Polad əməliyyat öncəsi şəhərdəki bütün xəndək və tunellərin yerinin müəyyən edildiyini açıqlayıb.
“Əmrimdəki 4 min 500 əsgərin hamısı xüsusi təlim keçib. Mümkün Menbiç əməliyyatına hazırıq. Terror qruplaşmasının bütün əks həmlələrinə qarşı hazırlıqlarımızı tamamlamışıq. Harada xəndək qazdıqlarını, harada tunellər inşa etdiklərini tək-tək müəyyən etdik. Əməliyyat zamanı terrorçuların qaça biləcəkləri marşrutlara qədər bütün detalları nəzərdən keçirmişik”, - Polad bildirib.
Əməliyyata başlamaq üçün Türkiyədən əmr gözlədiklərini bildirən Polad 6 min nəfər arasından seçdikləri 20 nəfərlik xüsusi dəstədən də bəhs edib.
“Xüsusi yaradılan dəstə 3 ay təlim keçib. Bu dəstə xüsusən terror qruplaşması ilə qaynar təmasda yer alacaq. Bina və xəndəklərdə gizlənən terrorçulara qarşı ilk zərbəni 20 nəfərdən ibarət “Qartallar” vuracaq”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar