Dünyanın ən böyük panorama çarxı Dubayda olacaq
Baxılıb: 620 Tarix: 30-04-2019 09:03

“Meraas”ın məlumatına görə, çarxın son millərinin quraşdırılması uğurla başa çatıb. Lakin bir sıra tamamlama işləri davam edir. Ain Dubai adlanacaq bu çarxın statistikası da maraqlıdır: onun çənbərini saxlayan hər milin çəkisi 5 tondur. Milin içərisindəki məftil və kabellərin ümumi uzunluğu isə 2400 kilometrdir. Bu, Dubayla Qahirə arasında məsafəyə bərabərdir. Ain Dubai çarxının çənbərinin çəkisi 16 ədəd Airbus A380 təyyarəsi qədərdir. Konstruksiyanın saxlayan dayaqların uzunluğu 126 metrdir. Hər dayağın içərisində 15 ədəd London avtobusu yerləşdirmək olar. Attraksionun quraşdırılmasında 9 min ton poladdan istifadə olunub ki, bu da Eyfel qülləsində olduğundan 25 faiz çoxdur.
Panorama çarxı Bluewaters Island süni adasında yerləşir və buradan Dubaya və Ərəb körfəzinə gözəl mənzərə açılır. (AzərTAc)
Ən çox oxunanlar
Son xəbərlər