Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yaponiya imperatoru taxtını tərk edəcək

Baxılıb: 650     Tarix: 30-04-2019 09:12   
Yaponiya imperatoru Akihito bu gün könüllü şəkildə taxtını tərk edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, imperator taxtı böyük oğuluna, varis şahzadə Naruhitoya verəcək.
Bununla əlaqədar olaraq hökmdarın Tokionun mərkəzindəki sarayında unikal – dini və dünyəvi mərasimlər keçiriləcək.
Günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşdirilmiş, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək.
2017-ci ilin dekabrında imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun aprelin 30-da taxt-tacdan çəkiləcəyini, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxacağı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barışdövrüdür.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar