Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

«Türkiyə iqtisadi terror qarşısında geri çəkilməyəcək» – ƏRDOĞAN

Baxılıb: 656     Tarix: 30-04-2019 09:18   
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 28-də hakim Ədalət və İnkişaf Paptiyasının (ƏİP) iclasında bəyan edib ki, ölkəsi silahlı və diplomatik təzyiqlərin qarşısında geri çəkilməyib və çəkilməyəcək, «iqtisadi terror»a təslim olmayacaq.
Dövlət başçısının sözlərinə görə, son illər Türkiyənin qarşılaşdığı çağırışlar qəbul olunmuş kursdan kənarlaşmanın yolverilməz olduğunu təsdiqləyib.
«Təhlükənin dərəcəsinə görə Türkiyə iqtisadiyyatına təzyiqlər ölkəmizin sərhədyanı yaşayış məntəqələrinin raket atəşinə tutulmasından fərqlənmir. Biz, bir daha dərk etdik ki, başqa çıxış yolu yoxdur» – deyə, Türkiyə lideri qeyd edib («Anadolu»).
Ərdoğan qeyd edib ki, Türkiyənin potensialı ilk baxışda göründüyündən xeyli güclüdür. Bu, bütün sahələrə, o cümlədən, iqtisadiyyata da aiddir: «Bir çoxları bizi aysberqin yalnız görünən tərəfinə görə qiymətləndirməyə çalışırlar, ancaq bu, dərin səhv yanaşmadır».
Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatnda vəziyyət sabitləşməkdə davam edir – cari ilin birinci rübünün göstəriciləri bunu açıq şəkildə nümayiş etdirir. Bütün sahələr üzrə müsbət dinamika göz qabağındadır.
«Beynəlxalq maliyyə strukturlarının və bəzi dövlətlərin qərəzli qiymətləndirmələri Türkiyəni maraqlandırmır. Bizim üçün başlıcası – xalqın maraqlarıdır».
Xatırladaq ki, son vaxtlar Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) güclü təzyiqləri ilə üzləşir. Məsələn, ABŞ tərəfi Türkiyədən idxal etdiyi alüminiuma yönəlik rüsumu 20 faiz, polada yönəlik isə 50 faiz qaldırıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar