Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq

Baxılıb: 502     Tarix: 06-05-2019 11:00   
"Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq"
Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.
Bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.
H.Rəhimi bildirib: "Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik".
Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.
Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.
H.Rəhimi bildirib ki, otellər və kinoteatrlar iftardan səhərədək fəaliyyət göstərə bilərlər.(trend.az)шаблоны для dle 11.2