Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İstanbul qərarı: Bu partiya namizədini geri çəkdi

Baxılıb: 458     Tarix: 07-04-2019 12:20   
Türkiyənin Ali Seçki Qurumunun İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsindən sonra Türkiyə Kommunist Partiyası təkrar seçkilərdə namizəd irəli sürməyəcəyini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, partiyanın açıqlamasında buna səbəb kimi daha əvvəl Əkrəm İmamoğlunu İstanbul bələdiyyəsinin sədri kimi tanıdığı və verilən bu qərarın düzgün olmadığı bildirilib.
“Düzgün münasibət bu hüquqsuzluğun boykotla cavablanmasıdır. Xalqımızı bu mövqeyə dəstək verməyə çağırırıq. Təsirsiz bir boykot təşəbbüsünün siyasi iqtidarın lehinə olacağını bildiyimiz üçün hadisələri yaxından izləyəcək və yekun qərarımızı buna görə verəcəyik”, - TKP-dən açıqlanıb.
Qeyd edək ki, Türkiyə Kommunist Partiyasının İstanbul namizədi Zəhra Günər Qaraoğlu cəmi 40 492 səs toplamışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}