Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Baxçalıdan İstanbul seçkisinə reaksiya

Baxılıb: 679     Tarix: 08-05-2019 13:41   

Türkiyənin normallaşmağa ehtiyacı var. Sıxılan yumruqlar açılmalı, gərginliklər azaldılmalıdır. Tərəddüdlə keçiriləcək vaxtımız qalmayıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı Ali Seçki Qurumunun İstanbulda seçki nəticələrini ləğv etməsi ilə bağlı danışarkən deyib.
“Qütbləşərək məsafə qət edə bilmərik. Gedəcək başqa ölkəmiz yoxdur. Gündəlik siyasi qayğıları bir kənara qoyub, mənfəət hesablarından qaçmaq lazımdır. ASQ İstanbul seçkiləri ilə bağlı etirazları müzakirə edib ədalətli bir qərarla millətimizin ürəyinə su səpdi”, - Baxçalı bildirib.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Qurumu İstanbulda seçki nəticələrinin ləğv edilməsi və 23 iyunda təkrar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar