Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“CƏSUR OLUN, DANIŞIN, QORXMAYIN” – İmamoğlu

Baxılıb: 543     Tarix: 12-05-2019 18:11   
CHP-nin İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu ona dəstək verən məşhur sənətçilərin təhdid edilməsinə reaksiya verib.
Strateq.az xəbər verir ki, o, “Twitter”dəki hesabında susmamağın, danışmağın demokratiyanın ana xətlərindın biri olduğunu yazıb:
“Susmamaq, danışmaq, fikirni azad şəkildə ifadə etmək demokratiyanın ana xəttidir. Hələ-hələ sənətçilər, elm adamları, yazarlar, şairlər danışarsa, dünya o zaman daha gözəl olar. Siyasətçilər kiməsə hədd bildirə bilməzlər. Belə bir şey yox. Danışın, şairlər şeirlər yazsın, sənətçilər mahnılar bəstləsin, oxusun. O gözəl sənətçilər bunları etsin, yazarlar məqalə yazsın, cəmiyyətə istiqamət versinlər.  Bundan gözəl nə ola bilər ki?”.
İmamoğlu deyib ki, cəmiyyətin aktiv hissəsinin, ziyalıların danışmasından siyasilər məmnun olmalıdır: “Əks halda, siyasilər güncə sıxışar. Azadlıq nəfəs kimidir, azad olmağa davam edin. Ağlınıza gələn bütün gözəl duğuları, sevgini paylaşmağa davam edin. Cəsurca və Türkiyənin gələcəyi üçün danışın, lütfən. Qorxmayın”.
Xatırladaq ki, İmamoğlunun “Hər şey gözəl olacaq. İndi sənətçilər danışmalıdır” çağırışına Türkiyədə yüzlərlə məşhur insan dəstək verib.
Bundan sonra başda prezident Ərdoğan olmaqla, bir çox iqtidar mənsubları həmin məşhurlara xəbərdarlıq edib.
Binəli Yıldırımsa açıq şəkildə “Bu cür açıq mövqe onların karyerasına fayda verməz”, – deyə məşhurlara təhdidvari mesaj verib.шаблоны для dle 11.2