Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dubayın 3 subay şeyxi eyni gündə evləndi

Baxılıb: 709     Tarix: 21-05-2019 12:11   

  Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti və Dubayın idarəçisi şeyx Məhəmməd ben Rəşid Al Maktumun 3 oğlu eyni gündə nikah kəsdirib.
Onlar seçib-sevdikləri xanımlarla mayın 15-də münasibətlərini rəsmiləşdiriblər. Dövlət idarəsinin mətbuat katibi də məsələni təsdiqləyib. Onların üçünün də anası Hind bint Maktum bin Cumadır.
Dubai Media Office-in xəbərinə görə Dubayın 36 yaşlı varisi Hamdan ben Məhəmməd Al Maktum şahzadə Şeyx ben Rəşidə Al Maktumla ailə qurub.
Dubay hökmdarının müavini olan 35 yaşlı şeyx Maktum bin Məhəmməd şahzadə Məryəm bent Buti Al Maktumi ilə nikah bağlayıb.
İnformasiya Fondunun sədri 32 yaşlı Məhəmməd ben Rəşid Al Maktum isə şahzadə Midiya bunt Dalmuc Al Maktumla ailə qurub.
Hər üç subay şeyxin islam qaydalarına uyğun olan nnikahı eyni gündə baş tutub. Rəsmi toy şənliyi isə bir müddət sonra keçiriləcək.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar