Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Saakaşvilidən şok plan: İvanişvilini devirmək üçün...

Baxılıb: 368     Tarix: 23-05-2019 12:14   
Vahid Milli Hərəkat Partiyası İvanişvilini devirmək üçün 500 gənci hazırlayacaq.
Qanunvehedef.az xəbər verir ki, bu bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yayıb.
“Kvareli şəhərində yayda gənclər məktəbi yaradacağıq və bura 500 gənci dəvət edəcəyik. Onlara yeni mübarizə texnologiyaları, informasiya metodları, sosial şəbəkələrdən düzgün istifadə, antiişğal siyasəti, reformlaşdırma, İvanişvilini qovduqdan sonra Gürcüstanı xilas qaydalarını öyrədəcəyik. Təbii ki, oliqarxla mübarizə taktikası və strategiyası da bunun içində yer alacaq. Bu insanlar Gürcüstanın gələcək hakimiyyətinin özəyini təşkil edəcək. Buraya öz adamlarını salmağa cəhd eləmə. Biz hər müraciət edəni yalan detektorunda yoxlayacağıq və heç kim bizdən yayına bilməyəcək. Bunu Ukraynada öyrənmişəm. Biz yeni özək hazırlayacağıq və köhnə döyüşçülərlə birgə situasiyanı dəyişdirəcəyik. Bu, partiya məktəbi olmayacaq. Biz istənilən insanı partiya mənsubiyyətindən asılı olmayaraq qəbul edəcəyik”, - deyə o bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar