Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ərdoğan Tramp, Putin və Szinpinlə görüşür

Baxılıb: 460     Tarix: 07-06-2019 11:27   
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı iyunun sonunda gərgin iş qrafiki gözləyir.
Qanunvehedef.az xəbər verir ki, Ərdoğan ayın sonunda Yaponiyadakı G-20 zirvəsində iştirak edəcək, zirvədən sonra isə Çinə səfər edəcək.
Ərdoğan 28-29 iyunda Osaka şəhərində keçiriləcək G-20 zirvəsi çərçivəsində Rusiya və ABŞ Prezidentləri ilə görüşəcək.
Ərdoğan-Tramp görüşündə Rusiyadan alınacaq S-400 zenit raket kompleksləri, F-35 proqramı çərçivəsində baş verənlər və Suriyanın şimalında yaradılacaq təhlükəsizlik bölgəsi müzakirə olunacaq. Ekspertlər iki ölkənin S-400 məsələsində ortaq məxrəcə gəlməsi və Trampın Türkiyə səfərinin taleyinə aydınlıq gəlməsi üçün bu görüşün kritik əhəmiyyətə malik olduğunu qeyd ediblər.Ərdoğanın G-20 zirvəsində daha bir vacib görüşü Rusiya lideri Vladimir Putinlə olacaq. Bu görüşdə Suriyada son yeniliklər və Əsəd rejiminin kəskin hücumlarına məruz qalan İdlib bölgəsi əsas müzakirə mövzusu olacaq.
Ərdoğan Yaponiyadakı G-20 zirvəsindən sonra 2 iyulda Çinə səfər edəcək. Ərdoğan Pekində Çin Prezidenti Si Szinpinlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirəcək.шаблоны для dle 11.2