Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tramp Merkellə məktəbli kimi davranıb

Baxılıb: 446     Tarix: 07-06-2019 12:19   

Müttəfiqlərin Normandiyaya desant çıxarmasının 75-illiyi ilə əlaqədar olaraq, Britaniya böyük hərbi bayram təşkil edib. Orada bir neçə ay ərzində ilk dəfə olaraq Almaniyanın kansleri Angela Merkel və Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp görüşüblər.
Qanunvehedef.az «Focus»-a isiinadla verdiyi xəbərə görə, görüş çox «soyuq» alınıb.
Qeyd olunur ki, yarım il ərzindəki ilk qısamüddətli görüşdə Avroparlamentə seçkilərdən, Şimali Afrikada terrorçuluqla mübarizədən və Liviyadakı vəziyyətdən söhbət açılıb.
Son ana qədər Portsmutda liderlərin görüşüün baş tutacağı məsələsinə aydınlıq gətirilməyibmiş. Dövlət başçılarının arasında münasibət artıq çoxdan pisləşib. Merkel dəfələrlə Trampın proteksionist milləətçi siyasətini və bir çox münaqişəli situasiyaların həlli məsələsində yaxasını kənara çəkməsini tənqid edib.
Portsmutdakı görüşdə çəkilmiş fotoda onların bir-birini soyuq salamlaması aydın görünür. Merkel və Tramp hətta bir-birinin əlini belə, sıxmayıblar və danışıqlardan əvvəl birgə şəkil çəkdirməkdən yayınıblar. Almaniya tərəfin məlumatına görə, liderlər 20 dəqiqə ünsiyyətdə olublar, Ağ ev isə 10 dəqiqədən xəbər verir.
Videonu müşayiət edən materialda qeyd olunur ki, görüşün əvvəlində Tramp Merkellə hər-hansı təmasdan qaçır. Merkel isə onun yanında «məkiəbli qız» kimi dayanıb – əvvəlcə oturmaq istəyir, yavaşıyır, Tramp tərəfə addım atır və yenidən yavaşıyır. Bu vaxt Tramp «diplomatik mədəniyyətin bütün qaydalarına uyğun olaraq», onu görməzliyə vurur…шаблоны для dle 11.2