Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ukrayna paytaxtının adı dəyişdirildi

Baxılıb: 472     Tarix: 13-06-2019 12:22   

ABŞ-ın Coğrafi Adlar Şurası özünün beynəlxalq bazasında Ukrayna paytaxtı Kiyevin adını dəyişdirərək Kyiv edib.
Qanunvehedef.az axar.az-a istinadla xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ukraynanın ABŞ-dakı səfirliyi yayıb. Səfirlik bu qərardan sonra artıq beynəlxalq aləmdə və ABŞ-da rəsmi şəkildə Kyiv adının istifadə ediləcəyini bildirib:
"Bu dəyişiklik fövqəladə vacib əhəmiyyətə sahibdir. Belə ki, bu addan artıq təkcə ABŞ-da yox, bütün beynəlxalq aviareyslər və xarici hava limanlarında da istifadə ediləcək. Belə ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məhz ABŞ Coğrafi Adlar Şurasının bazasından öz uçuş nöqtələrinin adlarının təyini üçün istifadə edir".
Qeyd edək ki, "Kiyev" (Kiev) adı "Kyiv" olaraq şuranın bazasında iyunun 17-dən etibarən yerləşdiriləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar