Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Halal gecə klubu açıldı - İlk dəfə

Baxılıb: 627     Tarix: 14-06-2019 16:25   

Səudiyyə Ərəbistanında “halal gecə klubu” fəaliyyətı başlayıb.
Publika.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Bildirilir ki, Ciddə şəhərində açılan kluba 18 yaşdan aşağı şəxslərin girişi qadağandır. Həmçinin, spirtli içki qəbul etmək və mobil telefonla görüntü çəkmək olmaz.
“Halal gecə klubu” sosial mediada müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Əyləncə Qurumu adlı Tvitter hesabından açıqlama gəlib. Qeyd olunub ki, klub Ciddə Festivalı çərçivəsində icazəsiz şəkildə açılıb. Onun ləğv edilməsi üçün lazımi hüquqi prosedurlar başladılacaq. Qurum bildirib ki, əyləncənin təşkil olunmasına icazə verilib, lakin bu icazə başqa məqsədlərlə istifadə olunub. Sözügedən “halal gecə”nin mərkəzi Dubayda yerləşən “White Dubai” adlı klub tərəfindən təşkil olunduğu deyilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman İctimai Sərmayə Fondunun 24 oktyabr 2017-ci ildə paytaxt Ər-Riyadda təşkil etdiyi və 60 ölkədən 2500 nəfərin qatıldığı Gələcəlk Sərmayə Təşəbbüsləri toplantısında ölkəsinin “Yumşaq islam” siyasətinə keçəcəyini vəd etmişdi. Bu çərçivədə ölkədə kinozallar açılmış, opera və caz festivalları keçirilmiş, qadınlara müəyyən hüquqlar tanınmışdı.шаблоны для dle 11.2