Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tramp öskürən şəxsi otaqdan qovdu – Gözlənilməz qərar

Baxılıb: 451     Tarix: 18-06-2019 12:10   

ABŞ prezidenti Donald Trampın özünə məxsus vergi borcu haqqında verdiyi açıqlama zamanı gözlənilməz hadisə baş verib.
Qanunvehedef.az primetime.az-a istinadən xəbər verir ki, Tramp Ağ Evdə baş tutan müsahibə zamanı öskürən şəxsi otaqdan qovub. Belə ki, "ABC" kanalının jurnalisti Corc Stefanpolosun "This Week" (Bu həftə) proqramı üçün açıqlama verən Trampın "bəlkə bir gün yayımlayaram" dediyi vergi borcunun "nə qədər fantastik olduğunu", lakin vəkillərinin bunu yayımlamasına icazə vermədiyini qeyd etdiyi anda ofisdə olan şəxslərdən birinin öskürdüyü eşidilib.Verilən məlumata görə, səslərdən narahat olan Tramp öncə cavabını təkrarlamağa çalışıb, lakin öskürək səsi davam etdikdə "cümləmin ortasında öskürür, bu xoşuma gəlmədi" ifadələrini işlədib və sözügedən şəxsin otaqdan çıxarılmasını istəyib. Stefanpolos ofisdən çıxarılan şəxsin Ağ Ev katibinin müavini Mik Mulvani olduğunu qeyd edib.
Tramp isə sözügedən məsələ haqqında "öskürəcəksənsə otaqdan çıx, burada öskürə bilməzsən" – deyə qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar