Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyəyə pis xəbər: Senat təsdiqlədi

Baxılıb: 542     Tarix: 28-06-2019 13:29   

ABŞ Senatı müdafiə büdcəsinin 2020-ci ilə olan layihəsində Türkiyəyə beşinci nəsil F-35 təyyarələrinin verilməsinə dair qadağanı qəbul edib.
Qanunvehedef.az-ın məlumatına görə, sənədin lehinə 86, əleyhinə isə səkkiz senator səs verib.
Bundan sonra senatorlar və Nümayəndələr Palatasının üzvləri birgə büdcə layihəsi hazırlayıb dövlət başçısına təqdim etməlidirlər.
Bildirilir ki, qadağa yalnız Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi və gələcəkdə bu sistemləri ümumiyyətlə almayacağına dair “etibarlı zəmanət” verməsindən sonra aradan qaldırıla bilər.
Qeyd edək ki, rəsmi Ankara Rusiyadan S-400 sistemlərini almaqdan imtina etməyəcəyini bəyan edib. Komplekslərin ilk partiyası Türkiyəyə iyulda çatdırılmalıdır.
ABŞ bəyan edir ki, S-400 sistemləri NATO standartlarına uyğun deyil.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar