Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiya AŞPA-nı dağıdır: Daha bir ölkə ayrıla bilər

Baxılıb: 459     Tarix: 01-07-2019 12:05   

Estoniya Mühafizəkar Xalq Partiyası ölkənin Avropa Şurasındakı gələcək fəaliyyəti ilə bağlı məsələni parlamentin müzakirəsinə çıxarmaq niyyətindər.
Qanunvehedef.az-ın xəbərinə görə, bu barədə “İnterfaks” məlumat yayıb.
Estoniyalı mühafizəkarlar Rusiyanın AŞPA-ya qaytarılmasından sonra belə bir reaksiya veriblər.
“Biz hesab edirik ki, Estoniya mənəvi nüfuzunu itirən təşkilatda öz iştirakını dayandırmalıdır”, - partiyanın bəyanatında deyilir.
Qeyd edək ki, Estoniya Mühafizəkar Xalq Partiyası 15 nazir portfelindən beşinə sahib olan hakim koalisiyanın üzvüdür. Partiya parlamentdə 19 (101 yerdən – red) deputatla təmsil olunur.
İyunun 26-da AŞPA Rusiyanın təşkilatda üzvlüyünü bərpa edib. Bu qərardan sonra Ukrayna nümayəndə heyəti “Biz getdik” deyərək, zalı tərk edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar