Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rusiya bu raketdən cəmi 60 dənə hazırlaya biləcək – Kəşfiyyat

Baxılıb: 422     Tarix: 02-07-2019 11:23   

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya lazımi xarakteristikalı karbon fiber tapa bilmədiyinə görə “Avanqard” hipersionik raketindən 60-dan çox hazırlaya bilməyəcək.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı CNBC televiziyası öz mənbələrinə istinadən yayıb.
“Onların 60-dan çox hipersionik silah istehsal etmək imkanları yoxdur. Ona görə ki, bu silahın hazırlanması çox baha başa gəlir”, – deyə mənbə bildirib.
Qeyd edək ki, CNBC keçən il yaydığı məlumatda Moskvanın karbon fiber üçün başqa mənbə axtardığını bildirmişdi. Belə ki, “Avanqard” raketləri üçün istifadə edilən əvvəlki karbon fiber materialı raketin daxili sistemlərində nasazlıqların meydana gəlməsinə səbəb olurdu.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar