Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Səddam Hüseynə ölüm hökmü oxuyan hakim öldü

Baxılıb: 684     Tarix: 05-07-2019 10:54   

İraqın keçmiş prezidenti Səddam Hüseyn barəsində edam hökmü çıxaran hakimlərdən biri olan Rauf Rəşid vəfat edib.
Report xəbər verir ki, o, iyunun 4-də İraqın Süleymaniyyə şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, milliyyətçə kürd olan R.Rəşid məhkəmədə Səddam Hüseyn barəsində çıxarılan edam hökmünü oxuyub.
Xatırladaq ki, S.Hüseyn 1937-ci il aprelin 28-də anadan olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. O, həmin ilin dekabrın 13-də Tikritdə həbs olunub.
İraq məhkəməsinin 2006-cı il noyabr 5-də çıxardığı qərarla ölüm hökmünə məhkum edilib. S.Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar