Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“İsveç “erməni soyqırımı”nı tanımır” – İsveç XİN-in başçısı

Baxılıb: 453     Tarix: 08-07-2019 10:35   

İsveçin xarici işlər naziri Marqot Valström mətbuat konfransında jurnalistlərə bildirib ki, 1915-ci ilin hadisələrini “soyqırımı” kimi tanımaq çox çətin olacaq.
Virtualaz.org TRT-yə istinadla xəbər verir ki, bunu Valström jurnalistin İsveç hökumətinin “erməni soyqırımı”nın tanınması haqqında qanunu təsdiqləyib-təsdiqləməyəcəyi barədə sualına cavab olaraq deyib.
“Ölkəni soyqırımında ittiham etmək üçün qəti sübutlar lazımdır”, – xarici işlər naziri bildirib və xatırladıb ki, 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərin daxil olduğu xüsusi komissiya yaradılıb.
İsveç XİN başçısının sözlərinə görə, bu gün həmin problem üzrə nəticələr əldə etmək çox çətindir, belə ki, hadisələrin şahidlərindən sağ qalanı yoxdur: “Bəzi ölkələr bunu “soyqırımı” kimi tanıyıb. Məncə, bu, qeyri-sağlam vəziyyətdir, çünki bu cür qərardan sonra müvafiq addımlar da atılmalıdır. Bu, sizi əbədilik bağlayır”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar